22 C
Baku
Wednesday, June 25, 2025

“Trendyol”un müraciəti əsasında “Bahar Store” ilə bağlı araşdırma yekunlaşıb

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Trendyol Azərbaycan” MMC-nin müraciəti əsasında “Bahar Store” MMC-nin fəaliyyətində rəqabət qanunvericiliyinin pozulması hallarını araşdırıb.

Banker.az xəbər verir ki, araşdırma “Bahar Store” MMC tərəfindən qanunsuz reklamdan istifadə etməklə haqsız rəqabətə yol verilməsi ilə bağlı şübhələr əsasında aparılıb və artıq yekunlaşıb.

Araşdırma müddətində rəqabət qanunvericiliyinin pozulması halı “Bahar Store” tərəfindən könüllü şəkildə aradan qaldırıldığından, Agentlik araşdırmaya xitam verilməsi barədə qərar qəbul edib.

Son xəbərlər
Digər xəbərlər