22 C
Baku
Thursday, June 26, 2025

Bu rayona yeni prokuror təyin edildi

Beyləqan rayonuna yeni prokuror təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Elşad Əzimov Beyləqan rayon prokuroru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, 2010-cu ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Elşad Əzimov əvvəllər İmişli Rayon Prokurorluğunda müstəntiq və böyük müstəntiq, Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru və böyük prokuror-metodisti və Baş Prokurorluğun İstintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifələrində işləyib.

Son xəbərlər
Digər xəbərlər