18 C
Baku
Sunday, September 29, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat

Maliyyə Bazarlarına Nəzarət Palatasının strukturunun formalaşdırılması istiqamətində daha bir addım atılıb. Məlumata görə, Palatanın tərkibində Kapital bazarına nəzarət departamenti yaradılıb. Yeni departament adından da göründüyü kimi qiymətli kağızlar bazarının iştirakçılarına nəzarət edəcək.

Departamentə rəhbərlik müvəqqəti olaraq Cavid Nəzərova həvalə olunub. O, buna qədər Prezident İlham Əliyevin fərmanı ilə ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Lisenziyalaşdırma və Nəzarət şöbəsinin rəisi olub.

Fins.az

Son xəbərlər
Digər xəbərlər