22 C
Baku
Thursday, June 26, 2025

“Çoxsəviyyəli hava hücumundan müdafiə sistemi yaratmalıyıq” – Ərdoğan

Türkiyə çoxsəviyyəli hava hücumundan müdafiə (HHM) sistemi kompleksi yaratmalıdır, çünki bütün ehtiyacları təmin etmək üçün təkcə Rusiyanın S-400 zenit-raket kompleksləri kifayət etmir.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıtdıqdan sonra jurnalistlərə bildirib.

“Hava hücumundan müdafiə sistemi təkcə S-400-lə məhdudlaşmır. Biz çoxsəviyyəli HHM sistemi kompleksi yaratmalıyıq”, – o qeyd edib.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə raket silahlarında əhəmiyyətli irəliləyişə nail olub, lakin bu kifayət deyil.

“Biz birləşmiş sistem, “Polad günbəz” qururuq. Biz öz gücümüzlə hazırladığımız müxtəlif yüksəkliyə malik HHM sistemlərini, sensorları, radioelektron mübarizə sistemlərini birləşdiririk”, – prezident qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər