24 C
Baku
Friday, June 27, 2025

Almaniya “DeepSeek” proqramını “Apple Store” və “Google Play” platformalarından çıxarır

Almaniya Çinə məxsus “DeepSeek” süni intellekt proqramını qadağan etmək istiqamətində addımlar atıb.

Bununla bağlı Almaniyanın Verilənlərin Təhlükəsizliyi İdarəsindən məlumat verilib.

“Almaniya DeepSeek süni intellekt proqramını “Apple” və “Google”-a məxsus axtarış sistemlərindən xaric etmək istiqamətində tədbirlər görüb. Çünki Çinin nəzarətində olan bu proqram verilənlərin qorunması siyasətinə ciddi xələl gətirir. DeepSeek bizə alman istifadəçilərin şəxsi məlumatlarının Avropa ölkələrində olduğu kimi, Çində də qorunacağına işarə edən heç bir zəmanət verməyib”-deyə məlumatda qeyd edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər