21 C
Baku
Friday, June 27, 2025

“Fitch”: Ermənistan üçün Konstitusiyaya dəyişikliklər etmək çətin olacaq

Ermənistan üçün Konstitusiyaya dəyişikliklər etmək çətin olacaq – bunun üçün referendumun keçirilməsi tələb olunacaq.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında bildirilir.

Agentlik xatırladıb ki, Azərbaycan və Ermənistan 2025-ci ilin mart ayında sülh sazişinin layihəsini razılaşdırıb, lakin onun məzmunu hələ açıqlanmır.

“Azərbaycan yekun sazişin imzalanması üçün iki əsas şərtin qəbul edilməsində israr edir: Ermənistan Konstitusiyasından Qarabağ regionu ilə bağlı istinadın çıxarılması və əvvəllər Ermənistanla danışıqlarda vasitəçi kimi çıxış edən, Fransa, Rusiya və ABŞ-nin daxil olduğu ATƏT-in Minsk qrupunun buraxılması. “Fitch” hesab edir ki, Ermənistan üçün Konstitusiyaya dəyişikliklər etmək çətin olacaq – bunun üçün referendumun keçirilməsi tələb olunacaq”, – agentliyin hesabatında bildirilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər