21 C
Baku
Friday, June 27, 2025

Bakı-Balakən-Bakı qatarının vaqon sayı artırılır

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə iyunun 27-də Bakıdan Balakənə, iyunun 28-da isə Balakəndən Bakıya yola düşəcək qatarın vaqon sayını artırır.

Bu barədə ADY-nin məlumatında bildirilir. Bu tarixlərdə qatar ümumilikdə 11 vaqonla hərəkət edəcək.

Bundan başqa, 28 və 29 iyunda da Bakı-Balakən-Bakı marşrutu üzrə qatara əlavə vaqon qoşulacaq. Qatar 7 vaqonla hərəkət edəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər