Xəzər dənizi hövzəsində yerləşən ölkələrin gəmilərinin və digər üzən texniki vasitələrinin təmirini həyata keçirən “Xəzər GLX” QSC 2024-cü ili 2.44 milyon manat xalis mənfəətlə başa vurub. Bu, əvvəlki illə müqayisədə 59.5% və ya 3.58 milyon manat azalma deməkdir.
Banker.az bunu şirkətin illik audit hesabatına istinadən xəbər verir.
Əsas əməliyyat gəlirləri 52.4% azalaraq 7.16 milyon manata düşüb. Satışın maya dəyəri də 3.84 milyon manat olub, bu isə 2023-cü illə müqayisədə 45.9% azalmadır.
Ümumi mənfəət 3.32 milyon manat təşkil edib və bu göstərici ötən ilə nisbətən 58.1% azalıb. Əməliyyat mənfəəti 59.5% azalaraq 3.05 milyon manata enib. Amortizasiya və sair əməliyyat xərcləri də azalıb, lakin mənfəətə təsiri ümumilikdə neqativ olub.
Mənfəət vergisi əvvəlki ilə nisbətən 59.4% azalaraq 610 min manat olub. Bu azalmaya baxmayaraq, ümumi xalis mənfəətin aşağı düşməsi şirkətin əməliyyat gəlirlərinin ciddi azalması ilə bağlıdır.
Xatırladaq ki, “Xəzər GLX” QSC 2006-cı ildən gəmi təmiri sahəsində fəaliyyət göstərir. Şirkətin 2000 manat nizamnamə kapitalı var.