Bu gündən etibarən Çin Pekinlə Bakını birləşdirən yeni Çin-Avropa yük daşıma xəttini istifadəyə verib.
Bu barədə Çin KİV xəbər verir.
Qeyd olunub ki, yükün çatdırılması “dəmir yolu – dəniz – dəmir yolu” multimodal sxemi üzrə həyata keçiriləcək.
Yükün 15 gün ərzində Bakıya çatması gözlənilir.
Hazırda Çin-Avropa yük qatarı Fanşan rayonunda yerləşən Pekin Beynəlxalq Quru Limanından yola düşməyi gözləyir.