13 C
Baku
Sunday, September 29, 2024

SOCAR ötən ili zərərlə başa vurub

Süleyman Qasımov şirkətin ötənilki maliyyə göstəricilərini açıqlayıb.Dövlət Neft Şirkəti (SOCAR) 2015-ci ildə sıfır mənfəət əldə edib.

Banker.az Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Süleyman Qasımov “Caspian European” Klubun təşkil etdiyi biznes forum çərçivəsində jurnalistlərə deyib.

“Bundan başqa, xarici valyutada ifadə olunan aktivlərimizin dəyərini manata çevrilməsi nəticəsində təxminən o qədər müsbət məzənnə fərqi əldə etmişik”, – deyə vitse-prezident qeyd edib.

Onun sözlərinə görə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi, eyni zamanda Azərbaycanda devalvasiyanın baş verməsi nəticəsində şirkət ötən ili təxminən 1 milyarddan çox zərərlə başa vurub.

O, həmçinin qeyd edib ki, Dövlət Neft Şirkətinin (SOCAR) konsolidə edilmiş borcu 6,3 milyard dollardır.

“Bura həm xarici, həm də daxili borclar daxildir”, – deyə vitse-prezident əlavə edib.

Son xəbərlər
Digər xəbərlər