21 C
Baku
Friday, July 4, 2025

Azərbaycandakı mühəndis şirkəti keçən il səhmdarına 1.75 mln. dividend ayırıb

Su və nəqliyyat infrastrukturunun layihələndirilməsi üzrə mühəndis mərkəzi “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 2024-cü ildə səhmdarına 1 milyon 752 min manatadək dividend ödəyib.

Banker.az xəbər verir ki, şirkət öncəki ildə isə 473 min manat dividend ayırmışdı.

Şirkət 2024-cü ili 1 milyon 882 min manat xalis mənfəətlə başa vurub. Bu da əvvəlki illə müqayisədə 32.9% və ya 919 min manat azalma deməkdir. Bununla da bölüşdürlüməmiş mənfəət 2 milyon 885 min manat olub.

Xatırladaq ki, “Hydrotrans – Engineering Mühəndislik Mərkəzi” MMC 1995-ci ildə təsis edili. Onun 716 manat nizamnamə kapitalının 70 faizi “Efendi İnternatinal Group” MMC-yə, 30 faizi isə Emina Khanum Omarievaya məxsusdur. Emina Khanum həm də şirkətin baş icraçı direktorudur.

Son xəbərlər
Digər xəbərlər