Bu il yanvarın 1-nə BOKT-ların aktivləri 993,3 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 31% çoxdur.
Banker.az BOKT-ların 2024-cü il üzrə aktivlərinə görə bazar payını araşdırıb.
1 yanvar 2025-ci il tarixinə siyahıya 87 milyon manat aktivlə “Birkart BOKT” liderlik edir. İkinci sırada “SF Azerbaijan BOKT” MMC (82 milyon manatla) və üçüncü sırada isə BOKT “Azpul” MMC (77.4 milyon manatla) gəlir.