24 C
Baku
Sunday, July 6, 2025

Türkiyənin illik ixrac həcmi rekord səviyyəyə çatıb

Bu ilin iyun ayının sonuna olan məlumata görə, Türkiyənin illik ixrac həcmi 267 milyard dollara çatıb ki, bu da cümhuriyyət tarixində rekord göstəricidir.

Bu barədə çərşənbə günü, iyulun 2-də İstanbulda keçirilən mətbuat konfransında Türkiyənin ticarət naziri Ömer Bolat məlumat verib.

Bu ilin iyun ayında Türkiyə ixracının həcmi 20,5 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə səkkiz faiz çoxdur.

Eyni zamanda, xaricə mal və xidmətlərin təklifində ümumi artım tendensiyası qeydə alınır.

Nazir ümidvar olduğunu bildirib ki, ilin sonuna qədər ölkənin illik ixrac həcmi 270 milyard dollar təşkil edəcək. O əlavə edib: “Məqsədimiz xarici ticarət kəsirini mümkün qədər azaltmaqdır”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər