Rusiyanın beynəlxalq ehtiyatları yeni tarixi maksimuma çatıb, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb. İyunun 27-nə onların həcmi 687.7 milyard dollar təşkil edib ki, bu da 687.2 milyard dollar olan iyunun 20-nə olan göstəricidən 0.5 milyard dollar çoxdur.
Həftə ərzində ehtiyatların artımı 0.1% təşkil edib. Əvvəlki rekord 2025-ci il mayın 9-da qeydə alınıb, o zaman bu rəqəm 687.3 milyard dollara çatıb. Bütün 2024-cü il ərzində Rusiyanın beynəlxalq ehtiyatları 1.8% artıb və bu ilin yanvarın 1-nə 609.1 milyard dollar təşkil edib.
Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və ölkə hökuməti üçün əlçatan olan likvidli xarici aktivlərdir. Ehtiyatlara monetar qızıl, xarici valyutada olan vəsaitlər, o cümlədən digər ehtiyat aktivlər daxildir.