24 C
Baku
Saturday, July 5, 2025

“Azərişıq” ötən il 15.5 milyon manat mənfəət əldə edib

“Azərişıq” ASC 2024-cü ili 15 milyon 553 min manat xalis mənfəət ilə başa vurub. 2023-cü ildə ASC-nin mənfəəti 14 milyon 728 min manat mənfəət əldə edib ki, bu da illik müqayisədə mənfəətin 5.5% artması deməkdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Azərişıq”ın gəlirləri 1 milyard 619 milyon manatdan 1 milyard 710 milyon manata, satışın maya dəyəri 1 milyard 380 milyon manatdan 1 milyard 471 milyon manata çatıb.

Hesabat dövründə “Azərişıq” ASC-nin cəmi aktivləri 3 milyard 621 milyon manat olub.

 

Son xəbərlər
Digər xəbərlər