30 C
Baku
Monday, July 7, 2025

Mask yeni siyasi partiya qurduğunu elan edib

Tanınmış iş adamı İlon Mask, öz “X” hesabında sorğu keçirərək “Amerika” adlı siyasi partiya qurduğunu elan edib.

Maskın sorğusunda 1.2 milyon nəfər iştirak edib və onlarda 65.4 %-i bu fikri dəstəkləyib.

“2-1 fərqlə siz yeni siyasi partiya istəyirsiniz və ona nail olacaqsınız. Ölkəmizin həddindən artıq xərclər və rüşvətxorluq səbəbilə iflasa uğradığı bir şəraitdə belə çıxır ki, biz demokratik yox, təkpartiyalı sistemdə yaşayırıq. Bu gün “Amerika” partiyası sizə azadlığınızı qaytarmaq üçün yaradıldı”, – o yazıb.

***

Tanınmış iş adamı İlon Mask Amerika Partiyasının (AMEP) qeydiyyata alınması üçün ABŞ Federal Seçki Komissiyasına müraciət edib.

Sənəd ABŞ Federal Seçki Komissiyasının saytında yerləşdirilib.

Ərizə iyulun 6-da təqdim edilib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər