Kil Dünya İqtisadiyyatı İnstitutunun məlumatına görə, Rusiya — Ukrayna münaqişəsi başlayandan bəri ABŞ-dən Ukraynaya yardımın ümumi məbləği 114.632 milyard avronu keçib. İndiki məzənnə ilə bu, 135.243 milyard dollardır.
İnstitutun materiallarında ABŞ-nin Ukraynaya 64.6 milyard avro hərbi yardım (76.2 milyard dollar), 46.6 milyard avro maliyyə yardımı (54.9 milyard dollar) və 3.4 milyard avro humanitar yardım (4 milyard dollar) ayırdığı göstərilir.
2025-ci ilin fevralına olan məlumata görə, ABŞ Konqresi Ukraynada hərbi əməliyyatlar başlayandan bəri 182.8 milyard dollar yardımı təsdiqləyib. 120 milyard dollardan çox vəsait birbaşa Kiyevə göndərilib, daha 59 milyard dollar münaqişə ilə bağlı fəaliyyətlərə, o cümlədən Avropanın müdafiəsinin gücləndirilməsinə xərclənib.
İyulun 2-də ABŞ hökuməti Ukrayna Silahlı Qüvvələrinə hərbi yardımı dayandırıb. İki gün sonra Prezident Donald Tramp tədarükün bərpa olunduğunu elan edib.