“Agro Food İnvestments” MMC-nin portfelində olan “Grand Agro” MMC-nin nizamnamə kapitalı bu ilin əvvəlindən 8.3 mln. manat artırılıb.
Banker.az xəbər verir ki, aqrar şirkətin nizamnamə kapitalı 79.56 milyon manatdan 87.86 milyon manata çatdırılıb.
Bu da ilin əvvəli ilə müqayisədə kapitalın 10.4 faiz artımı deməkdir.
“Grand-Agro” Abşeron yarımadasında badam və zeytun bağlarına sahibdir.
“Agro Food Investments MMC (AFI) Azərbaycanın ən böyük aqrar və qida şirkətlər qrupundan biridir. AFİ bu sahədə fəaliyyət göstərən bir neçə şirkəti və onların istehsalat sahələrini, o cümlədən, fındıq emalı müəssisəsi, badam emalı müəssisəsi, ting və calaqaltı istehsalı müəssisəsi, uçucu yağlar emalı müəssisəsi, açıq və qapalı şəraitdə gül yetiştiriciliyi və emalı, çay emalı müəssisəsi və çay plantasiyaları, zeytun yağı və süfrəlik zeytun yağı istehsalı, minlərlə hektar fındıq, badam, zeytun və qarışıq meyvə bağlarını idarə edir.
Agro Food İnvestments qrupunun idarəetməsində olan törəmə şirkətlər aşağıdakılardır:
Şirkətlər:
- Agrarco MMC
- Aqrovest MMC
- Astaraçay MMC
- Azbadam MMC
- Azrose MMC
- Gala Olives MMC
- Grand Agro Invitro MMC
- Grand Agro MMC
- Lecheq Farm And Distillery MMC
- Şəmkir Agropark MMC
- Zəfər Bağlari MMC
Brendlər:
- “Naturall” ümumi çətir brendi
- “Olivea” (zeytun yağı və süfrəlik zeytun)
- “Aqrovest” meyvə və fındıq
- “Astaraçay” çay
- “Filli” çay
- “AZtea” çay
- “Azbadam” badam