“Embawood” şirkətində idarəetmənin təkmilləşdirilməsi məqsədilə şirkətin təsisçilərinin Ümumi yığıncağında yeni idarəetmə orqanı olan Müşahidə Şurasının yaradılması qərara alınıb.
Yeni yaradılmış orqanın sədr vəzifəsinə şirkətin baş direktoruElşad Abbasov təyin edilib.
Qeyd edilən dəyişikliklə əlaqədar “Embawood”da baş direktoru vəzifəsinə şirkətdə uzun müddət maliyyə işləri üzrə direktor müavini vəzifəsində çalışan Tamerlan Kurkiyevtəyin olunub.
Oxu.az