20 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda icbari avtosığorta bazarı artıb

Azərbaycanda bu ilin aprel ayı ərzində İcbari Sığorta Bürosunun informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 109 121 müqavilə qeydiyyata alınıb. 

İcbari Sığorta Bürosundan verilən xəbərə görə, bunun 10 147-si xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri olub. Hesabat ayında standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 8,4 mln. manat təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin aprel ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 2,7%, sığorta daxilolmalarının həcmində isə 5,8% artım qeydə alınıb.

Report

Son xəbərlər
 ⁠
Digər xəbərlər