27 C
Baku
Tuesday, July 15, 2025

ING Azərbaycanda bu il üçün inflyasiya proqnozunu yenidən nəzərdən keçirib

Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 5,3 % səviyyəsində proqnozlaşdırır.

Əvvəlki proqnozla müqayisədə gözləntilər 0,1 faiz bəndi artıb.

Bank analitikləri III rübdə inflyasiyanın 4,6 % (0,1 faiz bəndi artım), IV rübdə isə 4,8 % (+ 0,1 faiz bəndi) olacağını gözləyirlər.

ING 2026-cı ilin I rübündə orta illik inflyasiyanın 4,6 %, II rübdə 4,9 %, III rübdə 5,2%, IV rübdə isə 5,7 % olacağını gözləyir. Ümumilikdə, ING 2026-cı ildə Azərbaycanda orta illik inflyasiyanın 5,1 % səviyyəsində olacağını (əvvəlki proqnozla müqayisədə dəyişiklik yoxdur) proqnozlaşdırır.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, bu il ölkədə orta illik inflyasiya 5,1 %, gələn il isə 4,3 % təşkil edəcək. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.

BMT-nin gözləntilərinə görə, bu il inflyasiya 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.

Dünya Bankı 2025-2026-cı illərdə Azərbaycanda orta illik inflyasiyanın 2,3 % səviyyəsində olacağını gözləyir.

Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 5,7 %, illik inflyasiya 5,2 %, 2026-cı ildə orta illik inflyasiya 4,5 %, 2027-2029-cu illərdə isə 4 % təşkil edəcək.

“S&P Global” və “Moody’s” beynəlxalq reytinq agentlikləri 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 4 %, 2026-cı ildə isə 3 % səviyyəsində, “Fitch Ratings” isə 2025-ci ildə 5,3 %, 2026-cı ildə isə 4,6 % səviyyəsində proqnozlaşdırır.

Xatırladaq ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 %, 2025-ci ilin yanvar-iyun aylarında isə 5,9 % təşkil edib.

Son xəbərlər
Digər xəbərlər