Azərbaycan Respublikasının Mərkəzi Bankı “Atəşgah” Sığorta Şirkəti ASC-yə icrası məcburi sərəncam verib.
Banker.az bunu AMB-yə istinadən xəbər verir.
Belə ki, AMB tərəfindən “Atəşgah Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “Atəşgah Sığorta” ASC-yə icrası məcburi sərəncam verilmişdir.