24 C
Baku
Saturday, July 19, 2025

Dünyanın ən bahalı şəhərləri açıqlanıb — Top 10-luq

İsveçrənin “Julius Baer” bankı qlobal sağlamlıq və həyat tərzi indeksi ilə bağlı yaydığı hesabata görə, Sinqapur ardıcıl üçüncü ildir ki, yüksək xalis varidatlı şəxslər üçün dünyanın ən bahalı şəhərləri reytinqində birinci yerdədir. Hesabata görə, ölkə sabit siyasi mühiti, ümumi təhlükəsizliyi, keyfiyyətli səhiyyə və təhsili ilə köçmək və yaşamaq üçün ən yaxşı yerlərdən biridir. Ümumilikdə, ən bahalı 10 şəhərdən beşi Avropadadır.

Sinqapurdan başqa ilk üçlüyə həmçinin London və Honq-Konq daxil olub. İlk onluqda Monako, Sürix, Şanxay, Dubay, Nyu-York, Paris və Milan yer alıb.

Sorğunun nəticələrinə görə, bütün varlı insanlar uzunömürlülük və sağlam qocalma məsələləri ilə maraqlanırlar. Respondentlərin 87%-dən (Şimali Amerika) 100%-ə qədər (Asiya-Sakit okean regionu) orta ömür uzunluğunun artırılması üçün fəal addımlar atırlar.

Bu, müntəzəm məşq və sağlam qidalanma kimi həyat tərzi dəyişikliklərindən gen terapiyası və kriogen kameralar kimi texnologiyalara investisiyalara qədər dəyişir.

Son xəbərlər
Digər xəbərlər