26 C
Baku
Tuesday, July 22, 2025

İlk dəfə ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb

Bu il ADA-ya dövlət sifarişli yerlərin sayı və siyahısı açıqlanıb.

Bu barədə universitetdə dövlət sifarişli yerlərlə bağlı məlumat sessiyasında bildirilib.

Vurğulanıb ki, dövlət sifarişli yerlər l və ll ixtisas qrupları üzrə ayrılıb. Ümumilikdə 6 ixtisas üzrə qəbul aparılacaq.

Belə ki, I qrup üzrə Kompüter elmləri, Kompüter mühəndisliyi, Riyaziyyat, İnformasiya texnologiyaları ixtisaslarının hər birinə 30 yer, ll qrup üzrə isə Maliyyə, İqtisadiyyat ixtisaslarının hər birinə 30 yer ayrılıb.

Qeyd edilib ki, dövlət sifarişli yerlərin sayı və ixtisasların siyahısı gələcəkdə artırılacaq.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər