Avropa İttifaqı Rusiya ilə ticarət edən Çindən yeddi və Türkiyədən dörd şirkətə qarşı sanksiya tətbiq edib. “Euractiv” diplomatik mənbələrə istinadən xəbər verir ki, bu qərar bu gün təsdiqlənmiş 18-ci anti-Rusiya sanksiyalar paketinin bir hissəsi kimi qəbul edilib.
“Euractiv”in məlumatına görə, Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəsi olan 26 hüquqi şəxsə də sanksiyalar tətbiq edilib. “Euractiv” yazır ki, bu məhdudiyyətlər Moskvanın ikili istifadə texnologiyalarına çıxışını əngəlləmək üçün lazımdır.
Avropa diplomatiyasının rəhbəri Kaja Kallas yeni məhdudiyyətləri ən güclü sanksiya paketlərindən biri adlandırıb. Onun sözlərinə görə, Aİ digər məsələlərlə yanaşı, Rusiyanın müdafiə sənayesinə daha çox təzyiq göstərəcək.