Vəzifə öhdəlikləri:
• Müştərini onun işinin Bankın Problemli Aktivlərin İdarə olunması və Hüquqi Tənzimləməsi Departamentinə daxil olması barəsində məlumatlandırmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslər ilə telefon və birbaşa əlaqələr yaradıb danışıqlar aparmaq;
• Kredit müqavilələlərinə əsasən ödənilməmiş borcların qaytarılması üzrə borcların ödənilməsi məqsədilə borcalan və kredit üzrə birgə borcalan, girovqoyan, zamin və digər əlaqəli şəxslərin qeydiyyatda olduqları və faktiki yaşadıqları ünvanlarda, iş yerlərində qeyd olunan şəxslərlə görüşlərin təşkili, onlara borca dair bildirişlərin və xəbərdarlıq məktublarının çatdırılmasını təmin etmək;
• Borclunun və ya mülkiyyətçinin axtarılması üçün mümkün tədbirlərin həyata keçirmək;
• Kredit ödənişlərini gecikdirən müştərilərin məhkəməyə qədər olan bütün zəruri işini aparmaq;
• Müştəri tərəfindən edilən ödənişlərə şəxsən nəzarət etmək;
• Borcların bərpasına dair hesabatları hazırlamaq.
Namizədə qarşı tələblər:
• Ali təhsili olanlara üstünlük verilir;
• Xüsusi tələblər: stressə davamlı olmaq, inandırmaq qabiliyyətinə malik olmaq, insan psixologiyasına bələd olmaq, detallara qarşı diqqətli olmaq, analitik düşüncə tərzinə sahib olmaq, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığına malik olmaq;
• Problemli kreditlərdə və oxşar sahələrdə ən azı 1 il iş təcrübəsinə sahib olmaq;
• Sürücülük bacarığı və mütamadi olaraq müxtəlif regionlara səfər etmək imkanına sahib olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 may 2016-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Operativ Yığım Xidmətinin Regional şöbəsinə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.