Rusiya Mərkəzi Kommersiya Bankının Başqırdıstan regionu üzrə direktoru Ufadakı mənzilinin blokunda ölü tapılıb.
Polisin məlumatına görə Aleksandr Potemkinin meyitini mayın 4-də qonşuları pilləkəndə aşkar edib.
Versiyalara görə o özünü güllələyib.
İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb, araşdırma gedir.
Potemkin bu vəzifədə 20111-ci ilin oktyabrından işləyirdi.