Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefa verəcəyi ilə bağlı yayılan xəbərlərdən sonra türk lirəsi ABŞ dollarına nisbətən kəskin ucuzlaşıb.
“Bloomberg” agentliyi xəbər verir ki, Türkiyənin milli valyutası dollara qarşı 3,9% zəifləyib ki, bu da 2008-ci ildən etibarən ən kəskin ucuzlaşmadır.
Buna baxmayaraq, bu gün lirə 1% bahalaşıb.
APA