9 C
Baku
Monday, January 12, 2026

Talış və Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb, helikopterlər cəlb olunub

Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınlar başlayıb.

Səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.

Yanğın əsasən quru ot və kolluq ərazidədir.

Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.

Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər