Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın “Şahdəniz” iri qaz yatağının işlənməsinin ikinci mərhələsinə 1,505 milyard dollar həcmində kredit ayırmaq imkanını nəzərdən keçirir.
Bu barədə Trend bankın saytına istinadən məlumat verir.
Məlumata görə, “Şahdəniz-2” layihəsinin multitranş maliyyələşdirilməsinin investisiya planı təklif mərhələsindədir.
Qeyd olunur ki, AİB-in missiyası layihə üzrə faktların toplanması üçün cari il iyunun 15-24-də Azərbaycana gələcək.