Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla” şirkəti “Dojo” superkompüteri üzərində işləyən komandanı ləğv edir.
Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Məlumata görə, layihə rəhbəri Piter Bannon şirkəti tərk edəcək. Onun komandasının ən azı 20 üzvü işdən çıxıb, qalan işçilər isə digər “Tesla” layihələrinə köçürülüb.
Bundan sonra şirkət öz texnoloji tərəfdaşlarına, o cümlədən Amerikanın “Nvidia” və “Advanced Micro Devices” şirkətlərinə, həmçinin Cənubi Koreyanın “Samsung Electronics” şirkətinə etibar etməyi planlaşdırır.