12 C
Baku
Wednesday, December 11, 2024

Rusiyadan ofşorlara 1,3 trln. dollar həcmində kapital çıxarılıb

Araşdırma: Dünya üzrə 21-32 trln. dollar həcmində vəsait vergidən yayındırılır

Rusiya və Çin daxil olmaqla 1990-2014-cü illər ərzində inkişaf etməkdə olan ölkələrdən 12 trln. dollardan çox kapital axını qeydə alınıb. “Report”un “The Guardian” qəzetində istinadən verdiyi xəbərə görə, Kolumbiya Universitetinin professoru Ceyms Henrinin araşdırmalarına əsasən, bu məbləğin 1,3 trln. dollarını Rusiyadan çıxarılan vəsait təşkil edib.

“McKinsey & Co.” konsaltinq şirkətinin keçmiş iqtisadçısı olan Ceyms Henrinin “Tax Justice Network” qeyri-hökumət təşkilatı üçün hazırladığı bu araşdırmada Beynəlxalq Valyuta Fondu (BVF) və BMT-nin rəsmi hesabatlarından istifadə edib.

Hesabatda Honq-Konq və Makao daxil olmaqla Çindən 1,2 trln. dolların ofşor hesablara axdığı bildirilir. Həmçinin bu illər ərzində Malayziya,Tayland və İndoneziyadan böyük həcmdə vəsait axını qeydə alınıb. C.Henri “The Guardian”a verdiyi müsahibədə 2010-cu ildən etibarən inkişaf etməkdə olan ölkələrdən kapital axınının ildə 8% artdığı halda, Rusiya və Çində artım 9% olub. Professor hər iki ölkədən kapital axınının güclənməsini iqtisadi və siyası qeyri-stabil vəziyyətlə əlaqələndirib.

Araşdırmalar nəticəsində məlum olub ki, kapital axınına səbəb yalnız vergidən yayınma deyil, həmçinin cinayət və korrupsiya halları olub. Alimin açıqladığı hesabatda dünya üzrə 21-32 trln. dollar vergidən yayınan vəsaitin olduğu qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər