2 C
Baku
Saturday, December 14, 2024

Parad Rusiyaya təxminən 300 milyona başa gəlib (FOTO)

Qələbə paradının təşkili üçün Rusiya Federasiyası 295,7 milyon rus rublu (6,7 milyon manat) ödəməli olub. Bu məbləğ ötən il qələbənin 70 illik yubileyi üçün çəkilən xərclərdən 3 dəfə azdır.RBK-nin verdiyi məlumata görə, 2015-ci ildə bu rəqəm 810  milyon rubl (18,4 milyon manat) olub.

“Qırmızı meydan”da təşkil edilmiş paradda 10 mindən çox hərbi qulluqçu iştirak edib. Həmçinin 135 yeriyən hərbi texnika və 71 hava gəmisi nümayiş olunub. Paradı canlı izləyənlərin sayı yarım milyonu keçib.

600@0
Qələbənin 71-ci ildönümünə həsr edilmiş parad
600@0
Hərbi orkestr
600@0
600@0
600@0
600@0
600@0
600@0
600@0
600@0
600@0
600@0

Hərbi paradın təşkilində zirehli maşın və texnikaların daşınması ən bahalı mərhələdir. Bunun üçün təşkilatçılar 158,7 milyon rubl (3,6 milyon manat) ödəyib.

86 milyon rus rublu buludlara sovrulub.

9 mayda Moskva üzərində hava buludlu olduğundan, hökümət bunun üçün də xəsislik etməyib. Buludların seyrədilməsinə 86 milyon rubl (1,9 milyon manat) verib.

Rusiya hökumətinin ənənəvi olaraq keçirilən paradın xərclərini azaltmağı rublun zəifləməsi ilə izah edilir. Neftin qiymətindəki qeyri-sabitlik, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar və dolların dəyərinin artması iqtisadiyyata mənfi təsir edir.

Hələ 2016-cı ilin fevralında vəziyyətlə tanış olan iki agentlik məsələnin neftin qiymətinin aşağı düşməsindən yaranan zərərlər üçün büdcəni kompensasiya etmək məqsədilə qaldırıldığını bildirib. Rusiya Maliyyə Nazirliyi bu informasiyanı şərh etməkdən imtina edib. Eyni zamanda, nazirlik bildirib ki, neftin cari qiyməti və dolların bir rubl artımı xəzinəyə 30-40 milyard rubl ziyan gətirəcək.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər