20 C
Baku
Saturday, August 16, 2025

Sankt-Peterburqda miqrantlara kuryer işləmək qadağan edilib

Rusiyanın Sankt-Peterburq şəhərində miqrantlara kuryer işləmək qadağan edilib.

Müvafiq sərəncamı qubernator Aleksandr Beqlov imzalayıb.

Sənəddə qeyd edilib ki, qadağa bütün kuryer fəaliyyət növlərinə şamil edilir.

“Qərar “kölgə məşğulluğu ilə mübarizə”yə, kuryer sektorunda “xidmətlərin keyfiyyətinin və təhlükəsizliyin”in artırılmasına, Rusiya vətəndaşları üçün yeni iş yerlərinin yaradılmasına yönəlib”, – deyə məlumatda bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, kuryer işləri məktəblilər və tələbələr üçün maraqlı ola bilər. Hökumət nümayəndələri əlavə etdilər ki, yeniliklər çatdırılma bazarının sabitliyinə heç bir şəkildə təsir etməyəcək, çünki xarici vətəndaşlar şəhərdəki kuryerlərin ümumi sayının cüzi bir hissəsini təşkil edir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər