29 C
Baku
Friday, August 15, 2025

Azərbaycanda turagent və turoperatorların gəlirləri 2 dəfədən çox artıb

2024-cü ildə Azərbaycanda turagentlər və turoperatorlar 166.4 milyon manat gəlir əldə edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycanda turagentlər və turoperatorların 2023-cü ildə əldə etdiyi gəlirlər 78.8 milyon manat olub ki, bu da illik müqayisədə 2 dəfədən çox artım deməkdir.

Turagentlər və turoperator fəaliyyəti ilə məşğul olan müəssisələrdə işçilərin sayı 2 132 nəfər təşkil edib.

Son xəbərlər
Digər xəbərlər