10 C
Baku
Friday, December 27, 2024

Reklam haqqında maraqlı faktlar

1. Içki reklamlarında istifadə olunan buz kubikləri adətən akrildən hazırlanır, daha sonra rəngin daha effektiv alınması üçün su əlavə edilir, köpüklər isə yuyucu toz vasitəsilə yaradılır.

2. Amerikan əczaçılıq şirkətləri reklama tədqiqatdan 2 dəfə çox pul xərcləyir.

3.1955-ci ildə Malboro siqaretlərinin ilk reklamı yarandı. Siqareti atletik bədən quruluşuna malik insanlar reklam edirdilər. Kovboy obrazı daha məşhur oldu. Bu reklamda iştirak edən üç nəfərin hamısı ağciyər xərçəngindən dünyalarını dəyişmişlər.

4.Dünya üzrə reklama il ərzində 500 mlrd dollar vəsait xərclənir.

5.65 yaşına qədər ABŞ sakini orta hesabla iki milyon reklam rolikinə baxır.

6.Dəbli geyimləri reklam edən bir sıra kliplərdə qadınlar çox vaxt ayı dərisində, dəriyə bürünmüş, xəz geyinmiş və lələkdən hazırlanmış bəzək əşyaları taxılmış formada təsvir olunurlar. Bir sıra tədqiqatçılar iddia edirlər ki, belə kliplərdə qadınlar ov quşlarını xatırladırlar.

7.1900-cü ildə Amerikada ilk reklam lövhəsi yaradılmışdır, bundan sonra reklam lövhələrinin küçə və yollar boyunca quraşdırılması dövrü başlanıldı

8.ABŞ-da uşaq reklamları üçün 15 mlrd dollar xərclənir.

9.Əksər qol saatlarında əqrəblər 10:10 radələrini göstərir, belə ki saatın əqrəbləri siferblatda brendin adını təbəssüm formasında dövrəyə alır.

10.Psixoloqların amerikan assosiasiyası iddia edir ki, uşaqların əksəriyyəti reklama tənqidi yanaş bilmir, belə ki onlar ona ürəkdən inanırlar.

11.ABŞ-da “fast-food” istehsal edən şirkət reklama orta hesabla 1,6 mlrd dollar xərcləyir.

12.Orta statistik amerikan uşağı ildə 40 000, gündə isə 100-dən çox kommersiya klipinə baxır.

13.Reklamlar çox vaxt uşaq mənliyinə istiqamətlənib. Sorğusu alınmış uşaqların yarıdan çoxu onlara reklam olunan hədiyyə alındıqda özlərini daha qiymətli hesab etdiklərini bildirmişdilər.

14.Amerikanın ilk ödənişli elanı Boston News qəzetində Oyster Bay mülkünün satışı barəsində dərc olunmuş yazı olmuşdur.

15.2008-ci ildə ABŞ-da siyasi reklama görə təxminən 2,6 mlrd dollar ödənilmişdi, bu prezident kampaniyası dövründə xərcələnmiş ən böyük məbləğ hesab olunur.

16.Reklam edilən şirkətlər daha çox “emosionallıq effekti” adlı fənddən istifadə edirlər: onlar reklam olunan məhsulu alıcılarda müsbət emosiyalara səbəb olan əşyaların ətrafında yerləşdirirlər. Məsələn, yuyucu vasitəni güllərlə birlikdə qoyurlar. Belə əşyaların yanında yuyucu tozların bir neçə dəfə təkrarlanan kadrları alıcılarda reklam olunan məhsula qarşı müsbət fikir yaradır.

17.Reklam verən şirkətlər insanlarda məhsula maraq yaratmaq üçün bir neçə adi psixoloji amillərə istiqamətlənir. Onlara özünümüdafiə, şəhvani istəklər, özünəqiymət, qorxu və nüfuzluluq kimi hisslər aid edilir.

18.Uşaqlar üçün reklamlarda adətən məqsəd auditoriyasından yaşca böyük olan uşaq aktyorlar iştirak edirlər. Məsələn, 8-10 yaşlı uşaqlar üçün reklamlarda 11-12 yaşlı modellər 8 yaşlı uşaq üçün nəzərdə tutulmuş oyuncaqlarla çəkilirlər. Reklam verən şirkətlər yaşca böyük uşaqlardan kiçiklərin istiqamətlənməli olduğu ideal kimi istifadə edirlər.

19. 1938-ci ildə radio reklamdan alınan gəlirlərin həcminə görə jurnalları ötüb keçdi.

20. Interpublic, WPP və Omnicom Group dünyanın ən iri reklam şirkətləridir.

21.“Think Small” (az fikirləş) reklam elanı ötən əsrin ən uğurlu elanı hesab olunur. O, 1950-ci illərin sonunda işlənib hazırlanmışdır. Elan ona görə xüsusilə uğurlu hesab olunur ki, Hitler üçün təsis edilmiş “Volkswagen” avtomobili Amerikada müharibədən sonrakı dövrdə müvəffəqiyyətlə satılmışdı.

22.Reklamın “virus” adlı yeni bir növü – məhsulların bloq və elektron poçt vasitəsilə bazarda irəlilədilməsidir. Məsələn, “Dove”-ın “Gözəllik inqilabı” klipi bir gecədə milyonlarla insanı YouTube-da bu videoya baxmağa vadar edən virus sensasiyasına çevirdi.

23.Çap pressi kəşf olunmamışdan qabaq məhsullar səsli elanlar vasitəsilə reklam olunurdu.

Son xəbərlər
Digər xəbərlər