Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Açar Qiymətləndirmə Mərkəzi” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə satışa çıxarılması nəzərdə tutulan mənzillərin real bazar qiymətinin müəyyən edilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 9.770 manat təşkil edir.
Müqavilə 70 binada yerləşən 69 tip üzrə cəmi 1162 mənzilin qiymətləndirilməsindən ibarətdir.