2025-ci ilin yanvar-iyul aylarında Azərbaycana 113 milyon 649 min dollar dəyərində 16 634 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2024-cü ilin eyni ayında isə Azərbaycana 85 milyon 311 min dollar dəyərində 16 057 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Beləliklə, kərə yağı və süddən hazırlanmış digər yağların idxalı miqdar ifadəsilə 4%, dəyər ifadəsilə 33% artıb.
Hesabat dövründə kərə yağı və süddən hazırlanmış digər yağların ümumi idxalda payı 0.83% təşkil edib.