32 C
Baku
Tuesday, August 19, 2025

Anthropic $170 mlrd qiymətləndirmə ilə $5 mlrd cəlb edir

Claude çat-botunun yaradıcısı Anthropic yeni raundda $5 mlrd investisiya cəlb edəcək və şirkətin qiymətləndirilməsi $170 mlrd olacaq. Menlo Ventures əsas investorlar arasında göstərilir. Bu barədə potensial raundun iyul 2025-də baş tuta biləcəyi ilə bağlı məlumatı daha əvvəl Bloomberg mənbələri də qeyd etmiş, Financial Times isə danışıqların $150 mlrd qiymətləndirmə üzərindən aparıldığını yazmışdı.

Banker.az-ın məlumatına görə, şirkət son raund çərçivəsində SPV (xüsusi təyinatlı hüquqi şəxs) vasitəsilə vəsait cəlb etmək istəmədiyini bildirib. SPV kiçik investorlar üçün sövdələşmələrə giriş imkanı versə də, şirkətlər real investor tərkibini tam görməyə bilirlər. Anthropic yüksək investor tələbi fonunda birbaşa investisiyalara üstünlük verərək daha seçici mövqe tutur və şərtləri özünün diktə etmək imkanına malik olduğunu göstərir.

Xatırladaq ki, mart 2025-də Anthropic Lightspeed Venture Partners və digər investorlardan $3,5 mlrd cəlb etmiş, o zaman şirkətin qiyməti $61,5 mlrd qiymətləndirilmişdi. Həmin vəsait növbəti nəsil İA-nın işlənməsini sürətləndirmək, beynəlxalq genişlənmə və hesablama güclərinin artırılması üçün nəzərdə tutulmuşdu.

Son xəbərlər
Digər xəbərlər