22 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) “FERRUM CAPİTAL” QSC-nin AZ2019022287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 19 avqust 2025-ci il tarixində yekunlaşıb.
Banker.az xəbər verir ki, “AGA Group”a daxil olan faktorinq şirkətinin istiqrazları üçün 53 investor müraciət edib.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | “FERRUM CAPİTAL” QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2019022287 |
İstiqrazların növü və forması | Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
Ticarət üsulu/forması | Kütləvi/ Birqiymətli Hərrac |
İstiqrazların sayı | 10,000 ədəd |
İlkin ticarət qiyməti | 100 AZN |
İstiqrazların buraxılış həcmi | 1,000,000 AZN |
İllik gəlirlilik faizi | 14% |
Hərrac qiyməti | 100 AZN |
İstiqrazların reallaşdırılmış həcmi | 1,000,000 AZN |
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə) | 1,000,000 AZN |
İnvestor sayı | 53 |
Sifariş sayı | 53 |
Ödəmə Periodu | Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir |
Tədavül müddəti | 12 ay |
Anderrayter | “UniCapital İnvestisiya Şirkəti” ASC |