Danışıqlarda qərarları Rusiya və Ukrayna liderləri verəcək, ABŞ bu münaqişədən uzaqdır.
Bunu ABŞ lideri Donald Tramp “Fox News”a verdiyi açıqlamalarda deyib.
Tramp Putin və Zelenski arasında keçiriləcək ilk görüşdə iştirak etməyi planlaşdırmadığını bildirib.
“Zelenski çeviklik nümayiş etdirməlidir. Razılaşma ola da bilər, olmaya da. Növbəti 2-3 həftə ərzində görəcəyik”, – Tramp qeyd edib.