“Twitter.Inc” şirkəti ABŞ-ın xüsusi xidmət orqanlarına “Twitter” sosial şəbəkəsində dərc olunan informasiya axınına çıxışı bağlayıb.
Bu barədə “The Wall Street Journal” yazıb.
Bildirilir ki, ABŞ xüsusi xidmət orqanlarına informasiya axınına çıxışı “Twitter.Inc”in səhmlərinin 5%-nə sahib olan “Dataminr” şirkəti təqdim edib. Şirkət ötən ilin noyabrında Parisdə və bu ilin martında Brüsseldə törədilən terror aktları barədə amerikan kəşfiyyatını xəbərdar edib.
“Twitter.Inc”in açıqlamasında bildirilir ki, sosial şəbəkənin məlumatları əhəmiyyətli dərəcədə ictimaiyyət üçün açıqdır və ABŞ hökuməti digər istifadəçilər kimi, səhifələrdəki məlumatlara baxa bilər.
Lent.az