26 C
Baku
Wednesday, August 20, 2025

Azərbaycan xaricdən 250 ədəd yeni avtobus alıb

2025-ci ilin yanvar-iyun aylarında ölkəyə 47 199 ədəd minik avtomobili, 4 010 ədəd yük avtomobili, 250 ədəd avtobus idxal olunub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu ilin 6 ayında Azərbaycana ümumilikdə 20 milyon 245 min dollar məbləğində avtobus idxal edilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3.2 dəfə dəfə çoxdur.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə gətirilən avtobuslarda 2.4 dəfə artım olub.
Son xəbərlər
Digər xəbərlər