26 C
Baku
Thursday, August 21, 2025

Bəzi tikinti materialları bahalaşıb – SİYAHI

2024-cü ilin avqustu ilə 2025-ci ilin avqustu arasında Azərbaycanda tikinti materiallarının qiymətlərində fərqli dinamika müşahidə olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son il bəzi məhsullar bahalaşsa da, müəyyən materiallarda ucuzlaşma qeydə alınıb.

Ən çox bahalaşma sementdə olub – 50 kiloqramlıq kisənin qiyməti 9.08 manatdan 9.70 manata qalxıb ki, bu da artım 6.8% təşkil edib. Kərpicin qiyməti də yüksəlib – 0.39 manatdan 0.43 manata (+10.3%).

Plastik pəncərənin 1 kvadrat metri isə 107.87 manatdan 114.42 manata qalxaraq 6.1% bahalaşıb. Su tənzimləyici cihaz da 28.55 manatdan 30.03 manata qalxıb (+5.2%).

Digər tərəfdən, bəzi materiallarda azalma müşahidə olunub. Parketin kvadratmetri 41.43 manatdan 40.05 manata düşüb (-3.3%). Laminat parket də 17.45 manatdan 17.24 manata enib (-1.2%). Kəsilmiş taxtada isə əks tendensiya qeydə alınıb – ötən ilin avqustunda 345.62 manat olan qiymət bu ilin avqustunda 357.25 manata qalxsa da, ilin əvvəlindəki 374.30 manatdan aşağıdır.

Yerüstü, yol və körpü tikintisində həyata keçirilən tikinti işləri (xidmətləri) üzrə müəyyən olunan Tikinti-quraşdırma işlərində istehsalçı qiymətləri 2025-ci ilin ikinci rübündə illik müqayisədə 1.5% baha olsa da, ilk rübdəki 1.6%-dən aşağıdır.

21321313123123213123231232133123123123

Son xəbərlər
Digər xəbərlər