Birləşmiş Ərəb Əmirliklərinin “CFI” investisiya şirkətinin keçən il Azərbaycanda satın aldığı “CFİ Financial İnvestisiya Şirkəti” QSC növbəti dəfə iri həcmli zərər açıqlayıb.
Banker.az xəbər verir ki, çərşənbə günü açıqlanan 2025-ci il üzrə yarımillik audit hesabatında investisiya şirkətinin 2.95 milyon manat zərər etdiyi məlum olub. Halbuki, keçən il “AzFinans İnvestsiya Şirkəti” adı altında fəaliyyəti göstərərkən analoji müddətdə cəmi 354 min manat xalis zərər etmişdi. Beləliklə, balansındakı yığılmış mənfəət həcmi 703 min manata düşüb.
Şirkətin zərərinə səbəb gəlirlərin demək olar ki kiçik həcmdə olmasına baxmayaraq iri həcmli xərclərinin yaranmasıdır. Məsələn, cari ilin ilk yarımilində investisiya şirkətinin 1.66 mln. manat marketinq və 553 min manat əlavə xərci yaranıb. Bu müddət ərzində işçilərə cəmi 677 min manat xərc çəkib ki, keçən il bu xərclər 361 min manat iti.
Bununla belə qeyd edilməlidir ki, CFİ Financial İnvestisiya Şirkətinin investisiya xidmətləri reklamları bir müddət küçə və onlayn bannerləri görünsə də şirkət hələ ki “var gücü” ilə çalışmır.
Öncəki ilin ilk 6 ayında şirkət əsas investisiya xidmətindən 478 min manat, yardımçı fəaliyətindən 727 min manat gəlir əldə etmişdi. 2024-cü ili isə 971 min manat xalis zərər etmişdi.
Xatırladaq ki, “AzFinance Investment Şirkəti” ötən ilin avqust “CFI Financial Group”a satıldıqdan sonra rebrendinqini elan edib və “CFI Financial İnvestisiya Şirkəti”nə çevrilib.