10 C
Baku
Thursday, December 12, 2024

​İslam bankçılığının qlobal həcmi 2 trln. dolları ötüb

Qlobal maliyyə sektorunun ümumi həcminin 127 trln. dollara çatdığı, bunun isə 2,1 trln. dollar və ya 1,7%-nin İslam maliyyələşməsinə aid olduğu bildirilir. Agentliyin “Ernst & Young” audit-konsaltinq şirkətinin hesabatına istinadən verdiyi xəbərə görə, İslam maliyyələşməsində bankçılığın xüsusi çəkisi 80% təşkil edir. Qalan hissə isə faizsiz investisiya fondları, “Sukuk” kimi kapital bazarı alətləri və “Təkafül” adlanan faizsiz siğorta sektoru məhsullarının payına düşür.

“Ernst & Young Turkey”in hazırladığı hesabata əsasən, Türkiyədə İslam banklarında toplanan maliyyə vəsaitlərinin ümumi həcmi 2015- ci ildə 14% artaraq 74,4 mlrd. lirə (25 mlrd. dollar) təşkil edib. Bu bankların məcmu aktivləri isə 15% artaraq 120,3 mlrd. lirəyə (40 mlrd. dollar) çatıb. Nəticədə, İslam banklarının cəlb etdiyi vəsaitlərin məcmu bank sektorunda xüsusi çəkisi 2015-ci il yekununda 5,9%, öhdəlikləri 5,2%, aktivləri isə 5,1% olub.

Proqnozlara əsasən, 206-cı ilin sonunda İslam bankçılığının 100 mln. müştəriyə xidmət etməsi ehtimal edilir. Türkiyənin aid olduğu bölgənin İslam bankçılığı xidmətlərindən istifadə potensialının isə 6 dəfə çox olduğu bildirilir.

Report

Son xəbərlər
Digər xəbərlər