7 C
Baku
Thursday, December 12, 2024

Goldman Sachs yaxın iki ildə doların möhkəmlənəcəyini proqnoz verdi

Bloomberg agentliyi Goldman Sachs-ın baş valyuta analitiki Robin Bruks-un hesabatına istinadən bildirmişdir ki, dollar gələcək iki il ərzində ABŞ-ın pul siyasətinin normallaşması fonunda möhkəmlənəcək.

Agentliyin verdiyi məlumata görə, treyderlər FES-nin faiz dərəcəsini payızdan tez dəyişəcəyinə inanmırlar və dolların 6% artımını iyun ayında gözləyirlər. Bruksun fikrincə, bu ondan xəbər verir ki, bazarlar FES-nin valyuta məzənnəsini təyin etməsinə az əhəmiyyət verməyə başlamışlar.

Bloomberg agentliyi qeyd edir ki, Goldman Sachs son aylar ərzində dolların məzənnəsinin artacağı ilə bağlı proqnozlar versə də, bu təxminlər özünü doğrultmayıb.

Goldman Sachs belə iddia edir ki, başlamış artım göstərir ki, valyutanın sıçrayışla artmaq imkanı var. Belə ki, bazar iqtisadi artımdan və FES tərəfindən faiz dərəcələrinin artırılmasına həddindən artıq tez ümidini itirdi.

Societe Generale və Brown Brothers Harriman & Co banklarının analitikləri dolların möhkəmlənəcəyinə daha az ümid edirlər və bildirirlər ki, dolların geniş miqyasda bərpa olunması iqtisadiyyat üzrə gələcək göstəricilərdən asılı olacaq.

 

Son xəbərlər
Digər xəbərlər