6 C
Baku
Sunday, December 15, 2024

Maliyyə bazarında uğurun psixoloji faktorları

Müəllif: Saymon Vayn – “Alfa-Bank”ın icraçı direktoru, investisiya-bank bloku rəhbərinin müavini, Rusiyada maliyyə konsultasiyası, treydinqi və investisiya əməliyyatları üzrə aparıcı mütəxəssislərdən biri.

İstənilən biznes – informasiya cəngılliyi kimidir. Onun iştirakçılarının fikirləri qəribə də olsa çəpləşir və dəyişir, nəzəriyyələr fərziyyələr üzərində qurulur, məlumatlar isə qeyri-dəqiq olur və yaxud yalnış izah edilir.

Maliyyə bazarında bu özünü daha aydın göstərir. Bazarda pul qazanmaq üçün hansı keyfiyyətlərə malik olmaq barədə dəqiq cavab vermək mümkün deyil. Burada investorun şəxsiyyəti və onun bazara şəxsi yanaşması başlıca rol oynayır.

İnvestisiya və işgüzar məsələlərə təsir göstərən bəzi psixoloji dərəcələrə nəzər salaq.

Uğur

Uğura inam bazarın bütün iştirakçılarına xasdır və bunu müzakirə etməyə dəyər, baxmayaraq ki, biz onun əhəmiyyətini kiçiltməyə çalışırıq. Fizika sahəsi üzrə bir akademik öz ofisinin kandarında nal asmışdır. Onun iş yoldaşlarından biri bu hərəkətə öz təəccübünü bildirəndə, alim cavab olaraq mövhumatdan uzaq olduğunu bildirib, ancaq əlavə edərək: “Mən eşitmişəm ki, nal hətta xurafata inanmayanlara belə kömək edir” – demişdir.

Skiner (1948-ci il) mövhumatın effektini nümayiş etdirib. Öz eksperimentlərindən birində o ac qalmış göyərçinlərə hər 15 dəqiqədən bir çox cüzi porsiyalarla yem verirdi. Quşlar öz dözümlüklərinin nəticəsi kimi onlara verilən yemi mükafat kimi qəbul edib bunu nümayiş etdirməyə başladılar. Bəziləri saat əqrəbi istiqamətində dövr edərək yem gözləyirdilər, digərləri isə qəfəsin yuxarı taxtalarında başlarını aşağı salaraq otururdular… İnvestorlar da eləcə təsadüfi hadisələri sübut olunmuş həqiqətlər kimi qəbul edirlər bəziləri daha dərinliyə vararaq onlara təsir göstərəcəklərini zənn edirlər.

Biz inanırıq ki, bəxtli olmanın əsas amilləri biznesdə uzunmüddətli olmaq, sağlam düşüncə və intuisiya kimi komponentlərdir. İnvestor nə qədər ki kapital qoyma hünərinə sahib olursa və bazarda daha çox vaxt sərf edirsə, deməli onun yüksəkgəlirli imkanların əldə olunması şansı daha çoxdur. Beləliklə, istənilən yerə sahib olmaq üçün bazarda daha çox vast keçirmək lazımdır ki, maraqlı hadisənin baş verməsi üçün əlverişli fürsəti qaçırmayasan.

Sağlam düşüncə

 “Sağlam düşüncə” və “intuisiya” kimi anlamlar ayrıca müzakirə olunacaq məsələlərdir. Evristik təsvir onu göstərir ki, bizim statistika haqqında olan təsəvvürlərimiz yalnış ola bilər. Müşahidələr “sağlam düşüncə” anlamına daha düzgün tərif verməyimizə imkan verir, həyatda baş verən əsas statistik hadisələrin daha doğru qavramasına şərait yaradır.

Statistikanın düzgün qavranması o deməkdir ki, sizin gözləntiləriniz paylanmanın mərkəzinə daha yaxın olacaq, yəni sizin gözlədiyiniz hadisələr statistik olaraq daha ağlabatan olacaq. Ehtimallara nə qədər yaxın olsanız, bir o qədər evristika bənzərliyinin öhdəsindən gəlirsiniz. Ancaq bu vəziyyətdə uzun müddətli olaraq və dəyişikliklərə heç bir münasibət göstərməməklə siz evristik lövbərin təsirinə düşürsünüz.

Düzgün variant barədə siz fikrinizi tez-tez dəyişsəniz bu sizi şübhəli hadisələri nəzərə almağa məcbur edəcək, bu isə sizin evristika mövcudluğuna düşərək son hadisələrin sizin hərəkətlərinizə təsir göstərməsi ilə nəticələnəcək.

Beləcə, mümkün ola bilən problemlər üçbucağı yaranıb. Siz onun mərkəzinə yaxın olduqca, evristikanın ağırlığından bir o qədər uzaqsınız və sizin sağlam düşünməyə də şansınız var.

Bu sağlam düşüncənin qeyri elmi təhlili onu formalaşdırmağa və özünüzün göstərdiyiniz nəticələri yaxşılaşdırmağa imkna verir. Çox güman ki, sağlam düşüncənin “optimallaşdırması” vasitələrindən ən əsası fərziyyənin təkzib edilməsidir. Əgər o ifrata yaxın olursa (evristikalardan biri), deməli onun təkzibi onu yerindən etməlidir, yaxşı olardı ki, evristikanın digər istiqamətlərinə deyil, üçbucağın mərkəzinə yönlənərdi.

İntuisiya

Əgər biz statistikaya fikir vermiriksə, keçmiş təcrübəyə və şəxsi qənaətlərə inamsız yanaşırıqsa, qərar qəbul edərkən nəyə ümid etməliyik? Qəribə də səslənsə – intuisiyaya.

Bu anlama tərif verməyə çalışaq. Maşını yüksək sürətdə sürdüyünüz halda qarşınızda gedən maşınla fövqəladə tormozlama üçün məsafə saxlayırzınız. Bu məhz sağlam düşüncədir. Məsafə sizin maşını idarə etməkdə sürətinizi dərk edərək fövqəladə vəziyyətdə reaksiya cəldliyi və sürücülük məharətinə əsaslanacaq. Yenə də məsafə ya çox, ya da az ola bilər – bu elə intuisiyadır.

İntuisiya ətraf-mühit adlandırdığımız bizim xırda faktorlar haqıında biliklərimizi toplayır(məsələn, “qırmızı maşın sürücüləri daha çox riskə meyillidirlər” və ya “yaş yollarda tormozlama daha çoxt vaxt aparır”).

Adətən biz deyirik: “İntuisiyam dedi”. Bu ifadə əslində idrak nöqteyi-nəzərindən əsaslanmış məna daşımır. Daha doğrusu, qəbul edilən qərar idrak üçün sezilməyən bir çox elementlər şüuraltı səviyyədə dərrakəli ola bilər. Təhtəlşüurun əsas xarakteristikası – onun emosiyalar və üstünlüklərdən daha az asılılığıdır. Ancaq problem ondadır ki, biz ona əhəmiyyət vermirik: bizim idrakımız təhtəlşüurun dediyini dinləmir, və nəticə olaraq, biz şəxsi ehtiyatlarımızdan istifadəyə hazır olmuruq.

Bu yalnız öz intuisiyamızı gücləndirməklə, onun “məsləhətlərinə” qulaq verənədək davam edəcək. İntuisiya o vaxt yaranır ki, siz biznesdə uzun müddət fəaliyyətdəsiniz və onun komponentlərinin orta qiymətə yaxın müəyyənləşməsini düşünülməmiş hazırsınız.

Siz nə qədər çox işləsəniz, bir o qədər ətrafda baş verən dəyişikliklərə açıq gözlə baxacaq və bununla da sizin fərdi üstünlüklərindən az asılı olan təhtəlşüuru (intuisiyanı) inkişaf etdirməyə şansınız olacaq.

Səbir

Uğurun ikinci dərəcəli keyfiyyətlərindən biri də səbirdir. Edvin Lefevrin “Birja alverçisinin xatirələri” kitabını oxuyanların yəqin ki, öz səhmlərini heç vaxt satışa qoymayan qoca investor yadındadır. Spekulyant ondan soruşanda ki, niyə görə qoca heç olmasa onların bir hissəsini satışa çıxarmır, investor cavab verir: “Cavan oğlan, mən öz vəziyyətimi satmağa qorxuram”. İnverstor istədiyi nəticəni əldə etmək üçün səbirli olmalıdır.

İndi bilirik ki, səbir bir çox neqativ təfəkkür, məsələn, konservatizm və evristika lövbərindən boyun qaçırma kimi xüsusiyyətlərinin nəticəsi ola bilər.

İfrat səbirliliyi biruzə verən əsas faktorlarından biri məhdud təcrübədir, bu zaman insanlar konsensusun (false consensus bias) uydurma hissini duymağa meyllidirlər. Bu səhvə yol verən inanır ki, onun fikirləri və düşüncələri əksər insanlara xasdır və gec-tez o haqlı çıxacaq. Səbirli olanları pis vəziyyətdə qoyan digər vacib amil onların qənaətləridir. Onların nöqteyi-nəzərini təkzib edən bütün dəlilləri rədd edirlər, belə durum isə dağıdıcıdır…

Bununla əlaqədar digər əhvalat yada düşür. Livanda vətəndaş müharibəsinin yeddinci ili davam edir. Jurnalist bütün bu illər ərzində Beyrutda, yəni hərbi əməliyyatların mərkəzində yaşayan zəngin ailədən müsahibə alır. “Niyə görə siz bu cəhənnəmi tərk etmirsiniz və pulunuz, xaricdə güclü əlaqələriniz olduğu təqdirdə burada yaşayırsınız?” – deyə jurnalist soruşur. Ailə başçısı cavabında: “Biz üzərində təcrübə aparılan qurbağalar kimiyik. Əgər onları soyuq suya salsan və tədricən onu isitsən, qurbağalar yavaş-yavaş daha yüksək tepmeraturlara öyrəşir. Ətraf-mühitə uyğunlaşma adəti adətən ona gətirib çıxarır ki, onlar qaynayan suda bişirlər, baxmayaraq ki, sudan sıçramağa onlara heç nə mane olmur”. Bu misalın anlamı ona bənzəyir ki, sizin tanışlarınızın böyük itkilərə səbəb onların hədsiz səbirli olmasından ortaya çıxıb.

Uğur üçün faydalı psixoloji “komplekslər”

Yuxarıda yazılanlara yekun verək. Şərqdə qəbul olunan təsviri obrazlara bənzər biznesdə və investisiyalarda uğura nail olmaq üçün hansı amillər vacibdir.

  • “Buqələmun kompleksi” – hər bir məqamda siz öz mövqeyinizi dəyişməyə hazır olmalısınız. Siz bazar haqqında fikirlərinizi və strategiyanız barədə bütün düşüncələriniz kənara qoyub, vecinizə almamalısınız. Əgər hiss etmisinizsə ki, sağ qalmağınız üçün rənginizi dəyişməlisiniz – bunu edin, baxmayaraq ki, yeni rəng ürəyinizcə deyil. Ola bilsin ki, sizi belə təsirə akademik S. Strumilinin əhvalatı ruhlandırdı. 1926-cı ildə o Sovet Kənd Təsərrüfatında beşillik planlaşdırmanın prinsiplərini izah edəndə, auditoriyadan belə bir sual verən oldu: “Yoldaş akademik, Siz iqtisadiyyat artımı templərindən yüksək olanın tərəfdarısınız, yoxsa aşağı olanın?” Akademik təmkinlə cavab verdi: “Mən aşağı templərin müdafiəsindənsə yüksək olanlarlanam”. Nəsihət: sizin məqsədiniz – özünüzə haqlı olduğunuzu sübut etmək deyil, sağ qalmaq və qazanmaqdır.
  • “Qalib kompleksi” – əgər özünüzə uğursuzluqlarınız daim xatırlatmasanız itkilərdən boyun qaçıra bilməzsiniz. Paradoks ondadır ki, özünüzdən razılığa üstün gəlməkdən ötrü daim zəif tərəflərinizi xatırlamalısınız, digər tərəfdən isə siz səhvləriniz və zəif cəhətləriniz barədə dayanmadan düşünəndə, inamınızın yoxluğu nəticəsində əlbəttə ki, zəfər çalacaqsınız. Deyl Karneqi pəhləvanla eksperimenti misal gətirirdi. Qipnoz altında onu inandırmışdılar ki, o çox zəifdir, nəticə etibarilə, ayıldıqdan sonra pəhləvan yalnız ağırlığın bir hissəsini qaldıra bilmişdir. Əgər sizin özünüzə inamınız yoxdursa, hər bir səhv sizi məhv edəcək, hər bir uğur – özünə inamı gücləndirəcək, uğursuzluqlar isə vəziyyətin boynuna atılacaq.
  • “Oxatan kompleksi: oxu atanda inan ki, o məqsədə çatacaq”. Bu ifadəni başqa sözlə təsvir etsək, investora və ya biznesmeni əmin edərək təklif etmək olar ki, bu investisiya və ya işgüzar təklif – onun həyatında ən əladır, yəni yalnız ən yaxşı ideyalarla sərmayə qoyub, işləmək.
  • “Ehtiyatli sürücü kompleksi” – həmişə özünüzə baş verə bilən hər hansı səhvdən yaxa qurtarmaq üçün əlavə məkan saxlayın. İsraf özünə etibarın itirilməsinə gətirib çıxarır, bu isə qalib komleksinin zəifləməsidir.
  • “Amneziya kompleksi” – dünən olan hər nə varsa unudun. Bu eynilik evristikasından müalicə edən əsas metoddur, çünki o sizi məcbur edəcək ki, hər gün qoyulan sərmayenin doğruluğunu yenidən qiymətləndirilməsinə məcbur edəcək.
  • ““Geniş altlıq” kompleksi” – öz investisiya fəaliyyətinizin və ya biznesinizin (öz metodikanız və ya başlıca məqsəd) əsasından bərk yapışın. Dəqiqəbaşı tərəddüdlərə sizi reaksiya verməyə sövq edən və oxatan kompleksinə zidd, eləcə də sizi bir razılaşmadan digərinə yönləndirən hər şey. “Geniş altlıq” addımbaşı informasiya və ya emosional süzgəcdən yan keçərək “bataqlıqdan” xilas olmağa imkan verir.
Son xəbərlər
Digər xəbərlər