10 C
Baku
Thursday, December 12, 2024

“Hazırda bankların problemləri daha çox idarəetmə ilə bağlıdır”

Maliyyə eksperti Fərhad Əmirbəyovun Reporta müsahibəsi:

– Azərbaycanın bank sektorunda yaranmış problemlərin həlli üçün çıxış yolu nədən ibarətdir?

– Hazırda banklarda likvidlikdən daha çox idarəetmədə problemlər mövcuddur. Yeni yaranan təşkilatda, Maliyyə Bazarlarına Nəzarət Palatasında maraqların toqquşması müşahidə olunur. 1990-cı illərdə İngiltərədə də buna bənzər publik hüquqi şəxs var idi, maraq toqquşması problemini aradan götürə bilmədilər və bir neçə il əvvəl qurum ləğv edildi. Maliyyə vasitəçiləri Palataya pul ödəyir, Palata onun hesabına fəaliyyət göstərir. Lakin Palatanın missiyası müştərilərin və investorların maraqlarını müdafiə etməkdir, halbuki, qurum məhz bu təşkilatlar tərəfindən maliyyələşdirilir. Yəni, maraqlar toqquşur. Yox, əgər Palatanı dövlət maliyyələşdirirsə, bu, başqa məsələ.ferhad

Bununla yanaşı, bankirlər öz problemləri haqqında danışmağa başlamalıdır, çünki biz bu problemlərdən məlumatsızıq. Bazarda böyük paya sahib olan “Bank Standard”ın bu gün demək olar ki, öz öhdəliklərini yerinə yetirməkdən imtina etməsi normal hal deyil. Hansısa bank çəkinirsə, şəffaflıqdan danışmaq istəmirsə, onun öz səbəbləri ola bilər. Lakin bunun üçün Banklar Assosiasiyası var və o, öz mövqeyini açıqlamalıdır. Problemin həlli ilk növbədə diaqnozdan başlayır və düzgün diaqnoz qoyulmursa, müalicə proqramı şübhə altına düşər. Yəni, ilk növbədə problemlər açıqlanmalı, sonra isə bu barədə düşünülməlidir.

Xarici mütəxəssislərə 1990-cı illərdə böyük ehtiyac olub. Artıq Azərbaycan bank sistemi 24 il fəaliyyət göstərir. Bir çox mütəxəssisimiz xaricdə oxuyub, böyük təcrübəyə malikdirlər. Düşünmürəm ki, xarici mütəxəssislər bizə hər hansı böyük yardım edə bilərlər. Öz problemlərimizi özümüz tam həll etməyə qadirik. Lakin ilk olaraq hökumətin banklara və ya müştərilərə yardım etdiyi müəyyənləşdiririlməlidir.

– Banklar üçün vergi güzəştlərinin tətbiqi məsələsi gündəmə gəlib. Sizcə, bu nə dərəcədə məqsədəuyğundur?

– Hamı güzəşt tələb etsə, vergini kim ödəyəcək?! Güzəştin tələb edilməsi onu göstərir ki, dərinə baxmaq lazımdır, həmin sahədə gedən proseslər öyrənilməlidir. “Hökumət banklaramı yardım etməlidir və ya bankların müştərilərinə?” sualına cavab tapsaq, o zaman tələb olunan addımlar da tam aydın və məntiqə uyğun olacaq.

– İqtisadiyyatın pulla təminatı hansı həddə çatırılmalıdır?

– Normalda Azərbaycan iqtisadiyyatına 60-70% səviyyəsində monetləşmə tələb olunur. Hazırda isə bu göstərici 16%-dir. İqtisadiyyatda vəsait çatışmazlığı yaranıb. İqtisadiyyatı, kredit və valyuta bazarlarını pulla təmin etmək lazımdır.

– Bakı Banklararası Valyuta Birjasının (BBVB) fəaliyyəti bərpa oluna bilərmi?

– BBVB-nin fəaliyyəti dondurulub. Fəaliyyətin bərpa olunması səhmdarlar – Azərbaycan Mərkəzi Bankı, Beynəlxalq Bank və s. asılıdır. 2011-ci ilin iyul ayından Mərkəzi Bank bütün banklararası valyutadəyişmə əməliyyatlarını Azərbaycandan çıxararaq “Bloomberg” platformasında yerləşdirib. Yəni, bütün əməliyyatlar xarici ticarət sistemi üzərindən aparılır.

Son xəbərlər
Digər xəbərlər