Bu gün çoxları proqnozlaşdırmanın əsəs məqsədini gələcəyi qabaqcadan xəbər vermək kimi səhv başa düşürlər. Lakin həqiqət o qədər dəyişkəndir və hadisələr elə gözlənilməz baş verə bilər ki, gələcəkdə olanları qabaqcadan dəqiq demək mümkün deyil.
Proqnoz verən üçün ən əsası, qeyri müəyyənlikləri araşdırmaqdır, bizim fəaliyyətimiz gələcəyin formalaşmasına təsir etdiyi halda, hər bir qeyri-müəyyənlik öz arxası ilə nə isə bir dəyişiklik gətirir.
Birinci növbədə yaxşı və keyfiyyətli proqnozu pisdən necə fərqləndirməyi başa düşmək çox vacibdir və onların necə tərtib olunması barədə səhv təsəvvürlərinin təsiri altına düşməmək lazımdlr. Bir neçə sadə və məntiqli qayda sizə biznesin gələcək inkişafının ssenarısinı düzgün tədqiq etməyə və artıq tərtib olunmuş proqnozların keyfiyyətini müstəqil qiymətləndirməyinizə kömək edər.
Qayda 1. Qeyri-müəyyənliyin sərhədlərini təyin etmək.
Qərar qəbul etdikdə, biz son nəticədə sağlam düşüncəyə və hissiyyata ümid oluruq. Yaxşı proqnoz, ən uyğun olan variantın həyata keçirilməsi üçün hansı şərtlərin lazım olmasını göstərərək, sizə istiqamətləri tapmağa kömək edər. Bu oriyentirlər sizin intuisiyanızın “inkişaf edə” biləcək sərhədlərində eyni zamanda həm sıxır həm genişləndirir. Qrafik şəkildə proqnozu qeyri-müəyyənlik dəstinin təsviri kimi göstərmək olar. Onu daha geniş qurmaq olar, yəni daha çox baş verə biləcək hadisə və aktiv fəaliyyətlər ehtimal etmək mümkündür. Sonra isə, aşkarlanmış lazım olmayan ssenariləri rədd edərək, onu sıxmaq olar.
Qayda 2. Gələcək vacib hadisələrin trayektoriyasını ümumi şəkildə təsvir edin.
Ən əhəmiyyətli dəyişikliklərin mahiyyətini dərəcə əyrisi tipi olan S-şəkilində təsvir etmək qəbul olunub: tədricən başlanğıc, meyilli yüksəliş, ən yüksək nöqtəyə gözlənilməz və çox sürətli yüksəliş və başlanğıc səviyyəyə enmə yaxud geriyə qayıtma. Proqnozlaşdırma bacarığı, əyri xəttin gedişini onun yenicə yaranmasından və əyilmə nöqtəsinə çatmasından çox qabaq duymaqdır. Belə hallarda ən çox yayılmış səhvlər – S-şəkilində olan əyrinin zirvəyə çatması sürətinin səhv hesablanmsı yaxud hadisələrin inkişaf tempinin dönüş nöqtəsində lazımi qədər qiymətləndirilməməsidir.
Qayda 3. Adət etdiyiniz çərçivədən kənarlaşmaları unutmayın.
Əyrinin uzun hissəsində dönüş nöqtəsinə kimi ayrı ayrılıqda çətinliklə başa düşülən, həmişə çox sayda xəbərdarlıqlar mövcuddur, lakin onları bir yerə yığsaq, onlar proqnozun tərtib olunması üçün tam əsas ola bilərlər. Vahid qəbul edilmiş təsnifata uyğun olmayan və bu səbəbdən çox vaxt kənara atılan amilləri nəzərə almaq vacibdir.
Qayda 4. Çox tutarlı fərziyyələri irəli sürməkdən çəkinməyin.
Proqnoz verən üçün ən təhlükəlisi bir məlumata inanaraq digərlərini nəzərə almamaqdır. Naviqasiyada olduğu kimi, burada iki, xüsusən də bir mənbədən olan məlumata ümid olmayaraq, hər bir məlumatı, hətta axıra kimi doğru olmayanı da nəzərə almaq vacibdir. Proqnozun zəncirlərini cəld formalaşdırılmasına çalışın, fərziyyələr irəli sürün, onların əsassız olduqlarını sübut edin, yəni onun daxilində olan proqnozlar əsasında olan strategiyanın təsviri irəli gəldikcə, qeyri-müəyyənlik dəstini daraldın.
Qayda 5. Tarixdən həmişə ibrət dərsi alın.
Keçmişin təcrübəsini öyrəndikdə yadda saxlayın ki: o, nadir hallarda gələcək hadisələrin ümidli indikatoru olur. Cavab axtardıqda, sabit inkişafda olan düz sahələrə yox, dönüşlərə diqqət yetirin, bu, hadisələrin məntiqini başa düşməyə kömək edər. Paralelləri axtarmaq üçün geriyə baxdıqda, sizin indiki proqnozunuzun intervalından iki dəfə artıq dövrə nəzər yetirin və analoji inkişaf sxemi axtarın.
Qayda 6. Proqnoz etməyə dəyməyən halları da dəqiq təyin etməyi bacarın.
Tarixdə elə məqamlar olur ki, proqnoz vermək praktiki olaraq mümkün olmur. Qeyri-müəyyənlik dəsti gah genişlənir, gah daralır, bəzi imkanlar yox olur, digərləri əmələ gəlir. Nadir hallarda qeyri-müəyyənlik yüksək dərəcəyə çatır: bu halda dəstə praktiki olaraq sərhədsiz olur və həmin vaxt yaxşı proqnozçu heç vaxt proqnoz qurmağa cəhd etməz.
Rəhbərin mümkün riskləri təyin etmək üçün proqnozların düzgün istehlakçısı olması çox vacibdir və onların keyfiyyətini qiymətləndirməyi bacarmalıdır. Görünən dəyişikliklərə şübhə ilə yanaşmağa çalışın və tələsik nəticələr çıxarmaqdan çəkinin, çünki hətta bir dəfə proqnozun 100% baş tutması, bunun həmişə belə olacağı demək deyil.
Mənbə: Harvard Business Review